Azərbaycan, Türkiyə və İran XİN başçılarının görüşünün yekununda Bakı Bəyannaməsi qəbul olunub - ƏLAVƏ OLUNUB

Xarici siyasət
  • 20 dekabr, 2017
  • 07:57
Azərbaycan, Türkiyə və İran XİN başçılarının görüşünün yekununda Bakı Bəyannaməsi qəbul olunub - ƏLAVƏ OLUNUB
Report/ Firi Salim

Bakı. 20 dekabr. REPORT.AZ/ Bakıda Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü başa çatıb.

"Report" xəbər verir ki, Azərbaycan, Türkiyə və İran XİN başçılarının - Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Məhəmməd Cavad Zərifin iştirakı ilə keçirilən görüşünün yekununda Bakı Bəyannaməsi qəbul olunub.

***

"Sənəddə əməkdaşlığımızı necə gördüyümüz əks olunub. Bu, həm energetikadır, həm turizmdir, həm də nəqliyyatdır. Bu istiqamətlərdə əməkdaşlığımızı genişləndirmək istəyirik", - E.Məmmədyarov görüşdən sonra bildirib.

"Növbəti görüşdə iqtisadi əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə etmək məqsədilə özəl sektorun nümayəndələrinin və iqtisadçıların dəvət olunması ilə bağlı razılıq əldə etmişik", - Azərbaycan XİN başçısı vurğulayıb.

Öz növbəsində, M.C.Zərif bugünkü görüşü həm bölgə, həm də üç ölkə üçün çox məhsuldar və səmərəli görüş kimi qiymətləndirib. O qeyd edib ki, Azərbaycan, Türkiyə və İran həm ərazi, həm də tarixi baxımdan yaxındırlar.

M.Çavuşoğlu turizm, mədəniyyət və s. sahələrdə üçtərəfli əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb, İsrailin və Fələstinlə bağlı Türkiyənin mövqeyinin dəstəkləndiyinə görə təşəkkür edib.

"Əmtəə dövriyyəsini artırmaq üçün xüsusən ticarət sahəsində üçtərəfli əməkdaşlığımızdan daha çox nəticə əldə etmək istəyirik", - Türkiyə XİN başçısı bildirib.

44 filmi