Azərbaycan səfiri Pakistanın daxili işlər naziri ilə görüşüb

Azərbaycan səfiri Pakistanın daxili işlər naziri ilə görüşüb Görüşdə sosial şəbəkələrdə dini dəyərləri alçaltma məsələsi müzakirə olunub
Xarici siyasət
25 Mart , 2017 12:39
Azərbaycan səfiri Pakistanın daxili işlər naziri ilə görüşüb

Bakı. 25 mart. REPORT.AZ/ Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə müsəlman ölkələrinin İslamabaddakı səfirlərinin Pakistanın daxili işlər naziri Nizar Əli Xan ilə görüşündə iştirak edib.

"Report" Pakistan KİV-inə istinadən xəbər verir ki, görüşdə İslam dininə yanlış münasibət, sosial şəbəkələrdə ifadə və söz azadlığı adı altında peyğəmbərlərin təhqir edilməsi məsələləri müzakirə olunub.

N.Ə.Xan sosial şəbəkələrdə İslam dini haqqında qeyri-etik, ona yaraşmayan fikirlərin yayılmasının yolverilməz olduğunu bildirib: "İstənilən dinə qarşı belə addımlar terrorun bir başqa formasıdır və beynəlxalq ictimaiyyət bunu bilməlidir".

Görüşdə həmçinin qeyd edilib ki, Pakistanın Xarici İşlər Nazirliyi sosial şəbəkələrdə dini dəyərləri alçaltma məsələsi ilə daha səmərəli mübarizə aparmaq məqsədilə xüsusi sənəd hazırlayacaq və bu sənəd müsəlman ölkələrinin səfirlərinə təqdim olunacaq.

Son xəbərlər

Orphus sistemi