Azərbaycan səfiri Kosta-Rikanın XİN başçısı ilə görüşüb

Azərbaycan səfiri Kosta-Rikanın XİN başçısı ilə görüşüb İki ölkə arasında müqavilə-hüquq bazasının inkişaf etdirilməsinin zəruriliyi bildirilib
Xarici siyasət
13 Oktyabr , 2015 10:12
Azərbaycan səfiri Kosta-Rikanın XİN başçısı ilə görüşüb

Bakı. 13 oktyabr. REPORT.AZ/ Azərbaycanın Meksika Birləşmiş Ştatlarındakı və eyni zamanda Kosta-Rika Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri İlqar Muxtarov Kosta-Rikaya səfər edib. Bu barədə “Report”a Azərbaycanın Meksika Birləşmiş Ştatlarındakı səfirliyindən məlumat verilib.

Səfər zamanı İ.Muxtarov, Kosta-Rika xarici işlər və etiqad naziri Manuel Antonio Qonsales Sans görüşüb.

Görüş zamanı səfir həmsöhbətinə Azərbaycanın iqtisadi, siyasi və mədəni həyatına dair məlumat verib, Manuel Antonio Qonsales Sansın Azərbaycana cari ilin oktyabr ayında səfərinin iki ölkə arasında əməkdaşlığa önəmli töhfə verəcəyinə əminliyini ifadə edib.

Səfir, Azərbaycanın Kosta-Rikaya qarşı münasibətindən və Azərbaycanın 2000-ci ildən bəri Amerika Dövlətləri Təşkilatı (ADT) yanında daimi müşahidəçi statsu olmasından danışıb, bunda Kosta-Rikanın xüsusi dəstəyinin olduğunu vurğulayıb.

Sonra səfir İ.Muxtarov Azərbaycanın xarici siyasətində Latın Amerika dövlətləri ilə əlaqələrin hərtərəfli inkişafına mühüm əhəmiyyət verdiyini qeyd edib. O, Azərbaycan və Kosta-Rika arasında mövcud əməkdaşlığının bütün sahələrdə inkişaf etməsidə maraqlı olduğunu diqqətə çatdırıb. Əməkdaşlığın hüquqi çərçivəsinin yaradılması üçün müvafiq hökumətlərarası sənədlərin imzalanmasının və ümumiyyətlə, iki ölkə arasında müqavilə-hüquq bazasının inkişaf etdirilməsinin zəruriliyini bildirib.

Ölkəsinin Azərbaycan ilə əlaqələrin inkişafının vacibliyini bildirən Manuel Antonio Qonsales Sans böyük məmnunluqla Azərbaycana səfər edəcəyini bildirib, bunun ikitərəfli əlaqələrdə yeni səhifə açacağını, əlaqələrin genişləndirilməsinə mühüm addım olacağını ifadə edib. Səfər zamanı iki ölkənin xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin keçirilməsinin önəminə diqqət çəkərək bunun ikitərəfli siyasi dialoq mexanizminin təsis edilməsinə xidmət edəcəyini nəzərə çatdırıb.

Görüşdə, bir sıra maraq doğuran regional məsələlər, haqqında fikir mübadiləsi aparılıb, iki ölkə arasındakı əlaqələrin gələcəkdə daha da möhkəmləndiriləcəyinə əminlik ifadə olunub.

Son xəbərlər

Orphus sistemi