Azərbaycan səfiri Gürcüstan DTX-nin yeni rəhbəri ilə görüşüb

Azərbaycan səfiri Gürcüstan DTX-nin yeni rəhbəri ilə görüşüb Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov bu ölkənin Dövlət Təhlükəsizlik Xidmətinin yeni rəhbəri Qriqol Liluaşvili ilə görüşüb.
Xarici siyasət
24 Oktyabr , 2019 10:13
Azərbaycan səfiri Gürcüstan DTX-nin yeni rəhbəri ilə görüşüb

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov bu ölkənin Dövlət Təhlükəsizlik Xidmətinin yeni rəhbəri Qriqol Liluaşvili ilə görüşüb.

"Report"un yerli bürosu xəbər verir ki, görüşdə Gürcüstan və Azərbaycan arasında təhlükəsizlik sahəsində mövcud əməkdaşlıq müzakirə olunub.

Tərəflər bölgədə təhlükəsizlik və hər iki ölkənin üzləşdiyi təhdid və çağırışları da nəzərdən keçiriblər.

Q.Liluaşvili və D.Həsənov iki ölkənin təhlükəsizlik xidmətləri arasındakı mövcud sıx əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.

Son xəbərlər

Orphus sistemi