Azərbaycan sədrliyi dövründə QH-nin fəaliyyətinin səmərəliliyinin artırılması təşəbbüsləri ilə çıxış edib

Azərbaycan sədrliyi dövründə QH-nin fəaliyyətinin səmərəliliyinin artırılması təşəbbüsləri ilə çıxış edib Azərbaycanın 2019-2023-cü illərdə QH-yə sədrliyi dövründə Hərəkatın fəaliyyətinin səmərəliliyinin artırılması və Hərəkat çərçivəsində həmrəyliyin gücləndirilməsi istiqamətində səylərini əsirgəməib, bu məqsədlə bir sıra konkret təşəbbüslərlə çıxış edib.
Xarici siyasət
23 Sentyabr , 2024 23:02
Azərbaycan sədrliyi dövründə QH-nin fəaliyyətinin səmərəliliyinin artırılması təşəbbüsləri ilə çıxış edib

Azərbaycanın 2019-2023-cü illərdə QH-yə sədrliyi dövründə Hərəkatın fəaliyyətinin səmərəliliyinin artırılması və Hərəkat çərçivəsində həmrəyliyin gücləndirilməsi istiqamətində səylərini əsirgəməib, bu məqsədlə bir sıra konkret təşəbbüslərlə çıxış edib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Qoşulmama Hərəkatının (QH, Hərəkat) “Silahlı münaqişələr zamanı mülki şəxslərin qorunması: Fələstin xalqı ilə həmrəylik” mövzusunda nazirlər görüşündə çıxışında deyib.

Azərbaycanın QH Sədrlik Üçlüyünün aktiv üzvü kimi Hərəkatın dünya miqyasında rolunun və təsir gücünün daha da artırılması işinə sadiq olduğu, cari ilin əvvəllərində keçirilmiş Kampala Zirvə toplantısının Hərəkat çərçivəsində indiyədək əldə edilmiş tərəqqiyə nəzər yetirilməsi və QH-nin yekun sənədlərində qarşıya qoyulmuş hədəflərin irəli aparılması baxımından fürsət rolunu oynadığı bildirilib.

Son xəbərlər

Orphus sistemi