​Azərbaycan, Rusiya və İranın XİN rəhbərləri üçtərəfli və ikitərəfli səviyyələrdə görüşlər keçirəcəklər

​Azərbaycan, Rusiya və İranın XİN rəhbərləri üçtərəfli və ikitərəfli səviyyələrdə görüşlər keçirəcəklər Zərif: "Nazirlərin görüşü növbəti Rusiya, Azərbaycan və İran sammitini tamamlayacaq"
Xarici siyasət
8 Avqust , 2016 23:05
​Azərbaycan, Rusiya və İranın XİN rəhbərləri üçtərəfli və ikitərəfli səviyyələrdə görüşlər keçirəcəklər

Bakı. 8 avqust. REPORT.AZ/ Azərbaycan, Rusiya və İran prezidentlərinin növbəti görüşündən əvvəl üç ölkənin xarici işlər və digər profilli nazirlərinin görüşü keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə İranın XİN rəhbəri Məhəmməd Cavad Zərif Bakıda keçirilən üçtərəfli sammitdən sonra məlumat verib.

"Növbəti iclasa qədər xarici işlər nazirləri və eləcə də, nəqliyyat və digər sahələr üzrə nazirlər səviyyəsində görüşlər keçiriləcək. Nazirlər üçtərəfli və ikitərəfli səviyyələrdə görüşəcəklər", - deyə o bildirib.

İranlı nazir qeyd edib ki, üç dövlət başçısının bugünkü görüşündə mədəniyyət, ekologiya, turizm, neft, qaz və digər istiqamətlər üzrə əməkdaşlığın fəallaşdırılması məsələləri müzakirə olunub.

"Müəyyən razılaşmalar əldə olunub", - deyə o əlavə edib.

"Bu əməkdaşlıq regionda sabitlik və dincliyin möhkəmləndirilməsinə yardım edəcək. Biz şadıq ki, üç ölkə müxtəlif istiqamətlərin geniş spektrlarında əməkdaşlıq quracaqlar", - deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi