Azərbaycan, Rusiya və İran XİN başçıları aprelin 7-də Bakıda görüşəcək

Azərbaycan, Rusiya və İran XİN başçıları aprelin 7-də Bakıda görüşəcək Tərəflər həmçinin nəqliyyat layihələrini və Xəzər dənizində əməkdaşlıq məsələlərini müzakirə edəcəklər
Xarici siyasət
31 Mart , 2016 17:05
Azərbaycan, Rusiya və İran XİN başçıları aprelin 7-də Bakıda görüşəcək

Bakı. 31 mart. REPORT.AZ/ Azərbaycan, Rusiya və İran xarici işlər nazirləri Elmar Məmmədyarov, Sergey Lavrov və Məhəmməd Cavad Zərif aprelin 7-də Bakıda görüş keçirəcək.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova məlumat verib.

Onun sözlərinə görə, tərəflər həmçinin nəqliyyat layihələrini və Xəzər dənizində əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.

Son xəbərlər

Orphus sistemi