Azərbaycan qurumlarının ictimaiyyətlə əlaqələr üzrə əməkdaşları “TRT World”də görüşlər keçirib

Azərbaycan qurumlarının ictimaiyyətlə əlaqələr üzrə əməkdaşları “TRT World”də görüşlər keçirib Azərbaycanda dövlət kommunikasiyasının təkmilləşdirilməsi və bu sahədə təcrübə mübadiləsi məqsədilə 30 dövlət qurumunun ictimaiyyətlə əlaqələr sahəsinə məsul əməkdaşlarından ibarət nümayəndə heyətinin Türkiyəyə səfəri başa çatıb.
Xarici siyasət
15 Oktyabr , 2023 21:40
Azərbaycan qurumlarının ictimaiyyətlə əlaqələr üzrə əməkdaşları “TRT World”də görüşlər keçirib

Oktyabrın 14-də Azərbaycanda dövlət kommunikasiyasının təkmilləşdirilməsi və bu sahədə təcrübə mübadiləsi məqsədilə 30 dövlət qurumunun ictimaiyyətlə əlaqələr sahəsinə məsul əməkdaşlarından ibarət nümayəndə heyəti tərəfindən Türkiyənin Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin İstanbul şöbə müdirliyində və "TRT World" televiziya kanalında görüşlər keçirilib.

"Report" xəbər verir ki, görüşlər zamanı İstanbulda daimi və müvəqqəti akkreditasiya olunan media ilə iş, böhran zamanı kommunikasiya, İstanbul valiliyinin kommunikasiya fəaliyyəti, habelə "TRT World" kanalının dünyada media brendinə çevrilməsi, peşəkar beynəlxalq jurnalistika, TRT-nin yeni onlayn televiziya konsepsiyası, dəyişən beynəlxalq və regional siyasi gündəliyə çevik uyğunlaşma və gələcək hədəflər haqqında təqdimatlar edilib və digər məsələlər müzakirə olunub.

Səfər zamanı Türkiyənin Xarici İşlər Nazirliyi, Milli Müdafiə Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, "Anadolu" Agentliyi, Radio və Televiziya Ali Şurası (RTÜK) və digər qurumlarda görüşlər keçirilib.

Son xəbərlər

Orphus sistemi