Yuxarı
    Bağlamaq

    Azərbaycan Qlobal Sahibkarlar Sammitində təmsil olunacaq

    Barak Obama  Sammitinə ev sahibliyi edəcək

    Bakı. 13 uyun. REPORT.AZ/ ABŞ-ın Azərbaycandakı səfir Rober Sekuta Silikon Vadisində keçiriləcək "2016 Qlobal Sahibkarlar Sammiti"ndə iştirak edəcək azərbaycanlılarla görüş keçirib. 

    Səfirlikdən "Report"a verilən məlumata görə, iyunun 22-24-də baş tutacaq "2016 Qlobal Sahibkarlar Sammiti"ndə Azərbaycan 4 nəfərlə təmsil olunacaq. 

    Görüşdə ABŞ diplomatı azərbaycanlı iştirakçılar ilə iqtisadi diversifikasiya, firavanlığın əldə olunmasında sahibkarlığın rolu ilə bağlı fikir mübadiləsi aparıb.

    Xatırladaq ki,  2016 Silikon Vadisində və Standford Universitetində yer alan Qlobal Sahibkarlar Sammitinə Prezident Barak Obama ev sahibliyi edəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi