Azərbaycan nümayəndə heyəti Qazaxıstanda keçiriləcək prezident seçkisini müşahidə edəcək

Azərbaycan nümayəndə heyəti Qazaxıstanda keçiriləcək prezident seçkisini müşahidə edəcək Azərbaycandan 40-dan çox nümayəndə iyunun 9-da Qazaxıstanda keçiriləcək növbədənkənar prezident seçkisində beynəlxalq müşahidəçilər qismində iştirak edəcək.
Xarici siyasət
22 May , 2019 16:21
Azərbaycan nümayəndə heyəti Qazaxıstanda keçiriləcək prezident seçkisini müşahidə edəcək

Azərbaycandan 40-dan çox nümayəndə iyunun 9-da Qazaxıstanda keçiriləcək növbədənkənar prezident seçkisində beynəlxalq müşahidəçilər qismində iştirak edəcək.

"Report" xəbər verir ki, bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev bu ölkədə keçiriləcək növbədənkənar prezident seçkisinə həsr olunmuş konfransda bildirib.

"Azərbaycan nümayəndələri də parlament, MSK adından və beynəlxalq təşkilatların tərkibində müşahidəçi kimi dəvət olunub. Bu, 40-dan çox insan deməkdir", - diplomat deyib.

O, ölkələrimiz arasındakı ikitərəfli qardaşlıq münasibətlərinin Qazaxıstanın yeni rəhbərliyi dövründə də dinamik inkişafına davam edəcəyinə ümidvar olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi