Gürcü ekspert: “Azərbaycan Qarabağın bərpasını sürətlə həyata keçirir”

Gürcü ekspert: “Azərbaycan Qarabağın bərpasını sürətlə həyata keçirir” “Azərbaycanın işğaldan azad etdiyi rayonlar böyük tikinti meydançasına çevrilib. Hazırda bütün xalq bərpa işlərinə səfərbər olunub”.
Xarici siyasət
29 Sentyabr , 2021 16:27
Gürcü ekspert: “Azərbaycan Qarabağın bərpasını sürətlə həyata keçirir”

“Azərbaycanın işğaldan azad etdiyi rayonlar böyük tikinti meydançasına çevrilib. Hazırda bütün xalq bərpa işlərinə səfərbər olunub”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Strateji və Beynəlxalq Araşdırmalar Fondunun araşdırmaçısı Zurab Batişavili “Acarıstan” telekanalının “Gürcüstana xidmət edirəm” adlı proqramının işğaldan azad olunan Ağdam şəhərində çəkilən buraxılışında deyib.

“Qarabağ müharibəsindən bir il sonra” adlı mövzu ilə bağlı danışan ekspertin sözlərinə görə, azad olunan ərazilərdə bərpa işlərinin bir neçə il davam edəcəyi görünür: “Lakin Azərbaycan işləri çox sürətlə həyata keçirə biləcək. Çünki dövlətin bütün gücü yenidənqurmaya yönəldilib”.

Z.Batiaşvili qeyd edib ki, bərpa işlərində Gürcüstan da öz rolunu oynaya bilər: “Çox güman ki, Qarabağın iqtisadiyyatının bərpası prosesində, xüsusən də tikinti sahəsində Gürcüstan şirkətləri də iştirak edəcəklər. Ağdam demək olar, tamamilə dağıdılıb və şəhər sıfırdan tikilir”.

Ekspert ziyarət etdiyi Şuşa şəhəri barədə də danışıb. Onun sözlərinə görə, şəhərin azad olunmasında Azərbaycanın xüsusi təyinatlıları çox mühüm rol oynayıblar: “Onlar qayalara dırmaşıb Şuşaya daxil olublar və şəhəri azad ediblər. Bu, yenilik oldu. Əvvəllər Azərbaycanda bu cür hərbi əməliyyatlar həyata keçirilməyib”.

O əlavə edib ki, Azərbaycanda olduğu günlərdə cəmiyyət arasında güclü qalibiyyət hissi müşahidə edib və müharibədə qələbə xalqa yeni təkan verib.

Son xəbərlər

Orphus sistemi