Yuxarı

​Azərbaycan qaçqın və məcburi köçkünlər məsələsində Ukraynaya kömək edəcək

İki ölkə arasında məsləhətləşmələrin keçirilməsi planlaşdırılır

Bakı. 21 oktyabr. REPORT.AZ/ Azərbaycan qaçqın və məcburi köçkünlər məsələsi ilə bağlı Ukraynaya yardım göstərəcək. Bununla bağlı iki ölkə arasında məsləhətləşmələrin keçirilməsi gözlənilir. Bunu "Report"a açıqlamasında Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko bildirib.

"Ukrayna qaçqın və məcburi köçkünlərlə bağlı bir problemlə üzləşib. Biz buna hazır deyildik və Ukrayna Nazirlər Kabineti bu gün bu vəziyyətdə qalan insanların problemlərini həll etmək üçün inzibati orqan təsis etdi. Biz bu sahədə Azərbaycanın böyük təcrübəsini öyrənmək istəyirik. Bizim üçün indi bu çox mühüm məsələdir", - səfir deyib.

Azərbaycan baş nazirinin müavini Əli Həsənovla görüş keçirildiyini qeyd edən ukraynalı səfir əlavə edib ki, Krım, Sevastopol və Ukraynada məcburi köçkünlər məsələsilə bağlı yeni yaradılmış dövlət departamentinə Azərbaycan tərəfi ilə bu problemə aid olan məsələlərin hüquq çərçivəsində tənzimlənməsi sahəsində əldə etdiyi nailiyyətləri, hüquq xarakterli metodoloji yardım göstərilməsinə dair razılıq əldə edilib.

A. Mişenkonun sözlərinə görə, Ukrayna tərəfi qaçqın və məcburi köçkünlər məsələsi ilə bağlı orqanın yaradılması prosesini yekunlaşdırıb, artıq bu qurumun sədri var: "İndi Azərbaycan tərəfindən bu məsləhətləşmələrin aparılması üçün bizim nümayəndə heyətinin səfərinin reallaşdırılması imkanlarını nəzərdən keçirmək üçün Azərbaycan tərəfinə müraciət edəcəyik. Hazırda bu məsləhətləşmələrin keçirilməsi tarixi ilə bağlı razılaşdırılmalar aparırıq. Ümid edirik ki, ilin sonuna qədər bu məsləhətləşmələr baş tutacaq". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi