Azərbaycan Prezidentinin Böyük Britaniyaya səfəri başlayıb

Azərbaycan Prezidentinin Böyük Britaniyaya səfəri başlayıb Dövlət başçısı Londonda BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşüb
Xarici siyasət
26 Aprel , 2018 14:31
Azərbaycan Prezidentinin Böyük Britaniyaya səfəri başlayıb
President.az

Bakı. 26 aprel. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri xanım Tereza Meyin dəvəti ilə bu ölkəyə səfəri başlayıb.

"Report" xəbər verir ki, aprelin 26-da Prezident İlham Əliyev Londonda BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşüb.

Görüşdə “Şahdəniz” layihəsi üzrə görülən işlər, həmçinin bu ilin iyununda TANAP layihəsinin açılışı ilə bağlı fikir mübadiləsi aparılıb. “Şəfəq-Asiman” strukturu üzrə imzalanmış hasilatın pay bölgüsü sazişi əsasında görülən işlərin intensivləşdirilməsinin əhəmiyyəti qeyd edilib.

Söhbət zamanı Azərbaycan ilə BP şirkəti arasında uzun illərdir davam edən əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə olunub.

Son xəbərlər

Orphus sistemi