Bakı. 20 yanvar. REPORT.AZ/ Berlində prezident İlham Əliyevin Almaniya Federativ Respublikasının xarici işlər üzrə federal naziri Frank-Valter Ştanmayer ilə görüşü olub.
"Report" xəbər verir ki, nazir Frank-Valter Ştanmayer Azərbaycana son səfəri zamanı keçirdiyi səmərəli görüşləri xatırladıb, həmin səfərin məhsuldar olduğunu bildirib.
Söhbət zamanı Azərbaycan ilə Almaniya arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və perspektivləri, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair fikir mübadiləsi aparılıb.



