Yuxarı
    Bağlamaq

    ​Azərbaycan Prezidenti Yaponiya XİN başçısının müavinini qəbul edib

    Dövlət başçısı Yaponiya şirkətlərinin iştirakı ilə Azərbaycanda həyata keçirilən layihələrin önəmindən danışıb

    Bakı. 19 yanvar. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Yaponiyanın xarici işlər nazirinin müavini Minoru Kiuçinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. “Report” xəbər verir ki, dövlət başçısı Azərbaycan ilə Yaponiya arasında ikitərəfli əlaqələrin inkişafının razılıq doğurduğunu vurğulayıb. İki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu deyən Prezident İlham Əliyev bu münasibətlərin digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı əsas yaratdığını qeyd edib. Yaponiya şirkətlərinin iştirakı ilə Azərbaycanda həyata keçirilən layihələrin önəmini qeyd edən dövlət başçısı kənd təsərrüfatı, texnoparkların və neft-kimya komplekslərinin yaradılması, yüksək texnologiyalar və informasiya texnologiyaları sahələrində əməkdaşlıq üçün də yaxşı imkanların olduğunu deyib.

    Yaponiyanın xarici işlər nazirinin müavini Minoru Kiuçi Yaponiyanın Azərbaycan ilə əməkdaşlığın müxtəlif sahələrdə, o cümlədən kənd təsərrüfatı, texnoparkların və neft-kimya komplekslərinin yaradılması, yüksək texnologiyalar, informasiya texnologiyaları və digər sahələrdə genişləndirilməsində maraqlı olduğunu deyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi