Yuxarı

​Azərbaycan Prezidenti: "Türkiyə nə qədər güclü olsa, biz də güclü olarıq "

Biz bu birliyi qoruyuruq və qoruyacağıq

Bakı. 15 mart. REPORT.AZ/ "Türkiyə nə qədər güclü olsa, biz də güclüyük. Bizim gücümüz birlikdədir".

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əiyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə keçirdiyi məbuat konfransında bildirib.

"İlk növbədə törədilmiş terrorla bağlı qardaş türk xalqına başsağlığı verirəm. Türkiyə nə qədər güclü olsa, biz də o qədər güclü olacağıq. Bizim gücümüz birlikdədir. Azərbaycanın ərazi bütövlüyü pozulub, bərpa edilməlidir. Türkiyə kimi dövlətin bizə dəstəyi çox önəmlidir", - deyə dövlət başçısı bildirib.

"Biz bu birliyi qoruyuruq və qoruyacağıq", - deyə Prezident qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi