Azərbaycan prezidenti tacikistanlı həmkarına təbrik məktubu göndərib

Azərbaycan prezidenti tacikistanlı həmkarına təbrik məktubu göndərib Prezident İlham Əliyev Prezident Emoməli Rəhmonu Müstəqillik Günü münasibətilə təbrik edib
Xarici siyasət
8 Sentyabr , 2016 18:19
Azərbaycan prezidenti tacikistanlı həmkarına təbrik məktubu göndərib

Bakı. 8 sentyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmona təbrik məktubu göndərib. 

"Report" xəbər verir ki, dövlət başçısının təbrik məktununda deyilir:

"Hörmətli Emoməli Şərifoviç,

Milli bayramınız – Müstəqillik Günü münasibətilə Sizi və Sizin şəxsinizdə dost Tacikistan xalqını ürəkdən təbrik edirəm.

Azərbaycanı və Tacikistanı sıx dostluq, əməkdaşlıq və qarşılıqlı fəaliyyət telləri bağlayır. Əminəm ki, çoxəsrlik mehribanlıq ənənələrinə əsaslanan ikitərəfli münasibətlərimiz bundan sonra da möhkəmlənəcək və dinamik inkişaf edəcək.

Hörmətli Emoməli Şərifoviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və dövləti fəaliyyətinizdə uğurlar, dost Tacikistan xalqına sülh və firavanlıq arzu edirəm."

Son xəbərlər

Orphus sistemi