Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevi ölkəsinə rəsmi səfərə dəvət edib.
“Report” Qırğız Respublikası Prezidentinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, bu barədə Sadır Japarov Bakıda Prezident İlham Əliyevlə geniş tərkibdə görüş zamanı bildirib.
Azərbaycan Prezidenti dəvəti qəbul edib.