Azərbaycan Prezidenti monteneqrolu həmkarı ilə görüşüb - YENİLƏNİB

Azərbaycan Prezidenti monteneqrolu həmkarı ilə görüşüb - YENİLƏNİB Görüşdə iki ölkə arasında enerji, ticarət və digər sahələrdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb
Xarici siyasət
16 Mart , 2017 17:14
Azərbaycan Prezidenti monteneqrolu həmkarı ilə görüşüb - YENİLƏNİB
Azertag.az

Bakı. 16 mart. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 16-da Monteneqro Respublikasının Prezidenti Filip Vuyanoviç ilə görüşüb.

"Report" xəbər verir ki, V Qlobal Bakı Forumunun artıq böyük beynəlxalq tədbirə çevrildiyini vurğulayan Prezident İlham Əliyev Forumda iştirakına görə Filip Vuyanoviçə minnətdarlığını ifadə edib, görüşün, eyni zamanda, ikitərəfli münasibətlərimiz ətrafında fikir mübadiləsinin aparılması üçün yaxşı fürsət olduğunu bildirib. Dövlət başçısı Azərbaycan ilə Monteneqro arasında əlaqələrin çox uğurla inkişaf etdiyini deyib, əməkdaşlığımızın razılıq doğurduğunu qeyd edib.

V Qlobal Bakı Forumuna dəvətə görə minnətdarlığını bildirən Monteneqro Prezidenti Filip Vuyanoviç Prezident İlham Əliyevlə görüşündən məmnunluğunu bildirib. Açılış mərasimində söylədiyi nitq münasibətilə dövlət başçısını təbrik edən Filip Vuyanoviç Prezident İlham Əliyevin daxili və regional vəziyyətlə bağlı səsləndirdiyi fikirlərin əhəmiyyətini vurğulayıb. İkitərəfli əlaqələrimizin səviyyəsindən razılığını ifadə edən Filip Vuyanoviç Prezident İlham Əliyevin Azərbaycan-Monteneqro əlaqələrinin inkişafına verdiyi töhfəni çox yüksək qiymətləndirdiklərini vurğulayıb, ölkələrimiz arasında bu cür yaxın, uğurlu və dost münasibətlərin olmasında Prezident İlham Əliyevin verdiyi dəstəyin vacibliyini qeyd edib.

Görüşdə iki ölkə arasında enerji, ticarət və digər sahələrdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi