Azərbaycan Prezidenti Mali dövlət başçısını təbrik edib

Azərbaycan Prezidenti Mali dövlət başçısını təbrik edib Məktub Mali Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə göndərilib
Xarici siyasət
21 Sentyabr , 2017 18:03
Azərbaycan Prezidenti Mali dövlət başçısını təbrik edib

Bakı. 21 sentyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mali Respublikasının Prezidenti İbrahim Bubakar Keytaya təbrik məktubu ünvanlayıb. 

"Report"un məlumatına görə, təbrik mətnində deyilir: 

"Hörmətli cənab Prezident,

Mali Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından təbriklərimi yetirirəm.

Ümidvaram ki, Azərbaycan-Mali əlaqələri ölkələrimizin və xalqlarımızın mənafelərinə uyğun olaraq genişlənəcək və inkişaf edəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və tərəqqi arzulayıram".

Son xəbərlər

Orphus sistemi