Azərbaycan Prezidenti makedoniyalı həmkarı ilə görüşüb - ƏLAVƏ OLUNUB

Xarici siyasət
  • 16 mart, 2017
  • 12:58
Azərbaycan Prezidenti makedoniyalı həmkarı ilə görüşüb - ƏLAVƏ OLUNUB
Azertag.az

Bakı. 16 mart. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 16-da Makedoniya Respublikasının Prezidenti George İvanov ilə görüşü olub. 

"Report" xəbər verir ki, Prezident İlham Əliyev Makedoniya Prezidenti Georgi İvanovun V Qlobal Bakı Forumunda iştirakından məmnunluğunu bildirib. Dövlətimizin başçısı Makedoniya Prezidentinin ölkəmizə səfərinin ikitərəfli münasibətlərimizin müzakirəsi üçün də yaxşı imkan yaratdığını qeyd edib. Prezident İlham Əliyev Qlobal Bakı Forumunun artıq çox əhəmiyyətli tədbirə çevrildiyini və burada dünyada gedən siyasi proseslərin müzakirə edildiyini vurğulayıb.

Dövlətimizin başçısı Azərbaycan ilə Makedoniya arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu vurğulayaraq ölkələrimizin iqtisadi, o cümlədən idxal-ixrac və sərmayə imkanlarının araşdırılmasının vacibliyini qeyd edib.

Makedoniya Prezidenti Georgi İvanov V Qlobal Bakı Forumunun əhəmiyyətini vurğulayıb. Georgi İvanov Azərbaycan ilə Makedoniya arasında siyasi münasibətlərin əla səviyyədə olduğunu qeyd edərək iqtisadi sahədə əlaqələri gücləndirməyin zəruriliyini bildirib.

Son xəbərlər

Bütün Xəbər Lenti