Yuxarı

Azərbaycan Prezidenti italiyalı həmkarını təbrik edib

Bu gün Azərbaycan-İtaliya münasibətləri dinamik inkişaf yolundadır

Bakı. 1 iyun. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Respublikasının Prezidenti Sercio Mattarellaya təbrik məktubu göndərib. "Report"un məlumatına görə, təbrikdə deyilir: 

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Respublika günü münasibətilə Sizə və xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Bu gün Azərbaycan-İtaliya münasibətləri dinamik inkişaf yolundadır. Daim genişlənən siyasi, iqtisadi və mədəni əlaqələrimiz ölkələrimiz və xalqlarımız arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə öz töhfəsini verməkdədir.

İnanıram ki, dövlətlərarası münasibətlərimizin möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın dərinləşdirilməsi, ölkələrimiz arasındakı ənənəvi dostluq əlaqələrinin daha da genişləndirilməsi naminə birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İtaliya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi