Azərbaycan Prezidenti: "İqtisadiyyatın şaxələndirilməsi əsas məqsədlərimizdən biridir"

Azərbaycan Prezidenti: "İqtisadiyyatın şaxələndirilməsi əsas məqsədlərimizdən biridir" "Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi sahəsində ciddi islahatlar həyata keçirir və bu artıq nəticə verir"
Xarici siyasət
23 Yanvar , 2018 17:39
Azərbaycan Prezidenti: İqtisadiyyatın şaxələndirilməsi əsas məqsədlərimizdən biridir

Bakı. 23 yanvar. REPORT.AZ/ "İqtisadiyyatın şaxələndirilməsi əsas məqsədlərimizdən biridir. Və biz bu sahədə uğur qazanmışıq".

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Davosda keçirilən Dünya İqtisadi Forumunda "Strateji Baxış: Avrasiya" panel sessiyasında deyib.

"Nefti, qazı unutmalıyıq. Onlar nə vaxtsa tükənəcək. Gələcək yaxşı idarəetmədə, şəffaflıqda, sahibkarlığın dəstəklənməsindədir", - deyə ölkə Prezidenti bildirib.

Prezident İlham Əliyev Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi sahəsində ciddi islahatlar həyata keçirdiyini və bunun artıq nəticə verdiyini vurğulayıb.

Azərbaycan Prezidenti ölkədə həyata keçirilən enerji və nəqliyyat layihələri barədə danışıb. Ötən il Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə başladığını xatırladan dövlət başçısı BTQ-nin reallaşmasının regionun yeni nəqliyyat xəritəsini yaratdığını bildirib.

Son xəbərlər

Orphus sistemi