Yuxarı
    Bağlamaq

    Azərbaycan Prezidenti İlham Əliyevin “Total” şirkətinin prezidenti ilə görüşü olub

    Patrik Puyane Azərbaycanda gedən inkişaf proseslərinin maraqla qarşılandığını deyib, Bakının gözəl şəhərlərdən birinə çevrildiyini vurğulayıb© AZƏRTAC

    Bakı. 13 mart. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyevin martın 13-də Parisdə “Total” şirkətinin prezidenti Patrik Puyane ilə görüşü olub.

    "Report" xəbər verir ki, Patrik Puyane Azərbaycanda gedən inkişaf proseslərinin maraqla qarşılandığını deyib, Bakının gözəl şəhərlərdən birinə çevrildiyini vurğulayıb.

    Söhbət zamanı SOCAR ilə “Total” arasında əlaqələrin inkişafı, “Abşeron” yatağının işlənilməsi, “Ümid”, “Babək” qaz-kondensat yataqları üzrə əməkdaşlıq və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi