Yuxarı

Azərbaycan Prezidenti Fransua Ollanda başsağlığı verib

“Ölkənizdə baş vermiş nəqliyyat qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi”

Bakı. 23 oktyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Fransa Respublikasının Prezidenti Fransua Ollanda başsağlığı məktubu ünvanlayıb. “Report”un xəbərinə görə, başsağlığı mətnində deyilir:

“Ölkənizdə baş vermiş nəqliyyat qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Fransa xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi