Azərbaycan Prezidenti Efiopiyanın dövlət başçısını təbrik edib

Azərbaycan Prezidenti Efiopiyanın dövlət başçısını təbrik edib Bakı. 26 may. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti Mulatu Teşomeyə təbrik məktubu ünvanlayıb.
Xarici siyasət
26 May , 2018 18:11
Azərbaycan Prezidenti Efiopiyanın dövlət başçısını təbrik edib

Bakı. 26 may. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti Mulatu Teşomeyə təbrik məktubu ünvanlayıb. 

"Report"un məlumatına görə, təbrik mətnində deyilir: 

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və rifah diləyirəm".

Son xəbərlər

Orphus sistemi