Azərbaycan Prezidenti CAR və Syerra-Leonenin dövlət başçılarını təbrik edib

Azərbaycan Prezidenti CAR və Syerra-Leonenin dövlət başçılarını təbrik edib Bakı. 26 aprel. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafozaya təbrik məktubu ünvanlayıb.
Xarici siyasət
26 Aprel , 2018 18:51
Azərbaycan Prezidenti CAR və Syerra-Leonenin dövlət başçılarını təbrik edib

Bakı. 26 aprel. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafozaya təbrik məktubu ünvanlayıb. 

"Report"un məlumatına görə, təbrik mətnində deyilir: 

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Azadlıq Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza sülh və firavanlıq arzulayıram".

Prezident İlham Əliyev həmçinin Syerra-Leone Respublikasının Prezidenti Culius Maada Bioya da təbrik məktubu ünvanlayıb. Təbrik mətnində deyilir:

"Hörmətli cənab Prezident,

Syerra-Leone Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz və ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, qarşıdakı fəaliyyətinizdə uğurlar, xalqınıza sülh və tərəqqi arzulayıram".

Son xəbərlər

Orphus sistemi