Azərbaycan Prezidenti Böyük Britaniya ilə əlaqələrdən danışıb

Azərbaycan Prezidenti Böyük Britaniya ilə əlaqələrdən danışıb "Əminəm ki, komissiyanın gündəliyi çox genişdir, çünki siz birlikdə çoxlu işlər görməlisiniz"
Xarici siyasət
21 May , 2021 12:51
Azərbaycan Prezidenti Böyük Britaniya ilə əlaqələrdən danışıb
İlham Əliyev

"Əminəm ki, komissiyanın gündəliyi çox genişdir, çünki siz birlikdə çoxlu işlər görməlisiniz. Əminəm ki, sizin səfəriniz planlarımızın icrasında və yeni tədbirlərin planlaşdırılmasında çox önəmli bir addım olacaqdır. Əlbəttə ki, səfər uğurla inkişaf edən ikitərəfli əlaqələrimizi hətta daha da gücləndirəcəkdir".

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 21-də Böyük Britaniyanın ixracat naziri Qraham Styuartı qəbul edərkən deyib.

"Sizin bildiyiniz kimi, mən dəfələrlə Birləşmiş Krallıqda olmuşam. Sonuncu səfərim üç il bundan əvvələ təsadüf edib. Onda o vaxtkı Baş nazir xanım Mey ilə görüşmüşdüm və çox yaxşı müzakirəmiz olmuşdur. Bundan sonra pandemiyaya baxmayaraq münasibətlər çox fəal fazada idi. Beləliklə, bu ilin fevral ayında biz nazir xanım Mortonu qəbul etdik. Onunla da yaxşı söhbətimiz oldu. İndi siz səfər edirsiniz. Bütün bunlar çox fəal siyasi dialoqu və iqtisadi sahədə böyük perspektivləri nümayiş etdirir", - dövlət başçısı bildirib.

Son xəbərlər

Orphus sistemi