Yuxarı

Azərbaycan Prezidenti Almaniya və Koreyanın dövlət başçılarını təbrik edib

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Almaniya xalqına daim sülh və firavanlıq diləyirəm

Bakı. 2 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Yoaxim Qauka təbrik məktubui göndərib. "Report"un məlumatına görə, təbrik mətnində deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Alman Birliyi Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Ümidvaram ki, Azərbaycan-Almaniya münasibətlərinin konstruktiv məcrada inkişafı, əməkdaşlığımızın səmərəli şəkildə davam etdirilməsi işinə bundan sonra da töhfələr verəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Almaniya xalqına daim sülh və firavanlıq diləyirəm".

Dövlət başçısı İlham Əliyev həmçinin Koreya Respublikasının Prezidenti xanım Pak Kın Heyə də təbrik məktubu göndərib. Təbrik mətnində deyilir: 

"Hörmətli xanım Prezident,

Ölkənizin milli bayramı – Dövlətin yaranması günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram.

Əminəm ki, ölkələrimiz və xalqlarımız arasında daim möhkəmlənən dostluq əlaqələri, müxtəlif sahələri əhatə edən səmərəli əməkdaşlığımız bundan sonra da ikitərəfli münasibətlərimizin inkişafına xidmət edəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza daim sülh və firavanlıq arzulayıram".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi