Azərbaycan Prezident Administrasiyasının rəhbəri Rusiya Təhlükəsizlik Şurasının katibi ilə regional təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycan Prezident Administrasiyasının rəhbəri Rusiya Təhlükəsizlik Şurasının katibi ilə regional təhlükəsizlik məsələlərini müzakirə edib Məsləhətləşmələr Rusiya və Azərbaycan Təhlükəsizlik Şurası aparatları arasında mövcud olan Əməkdaşlıq Planı çərçivəsində keçirilib
Xarici siyasət
193
11 Aprel , 2017 13:35
Azərbaycan Prezident Administrasiyasının rəhbəri Rusiya Təhlükəsizlik Şurasının katibi ilə regional təhlükəsizlik məsələlərini müzakirə edib

Bakı. 11 aprel. REPORT.AZ/ Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev ölkələr arasında ikitərəfli münasibətləri, eləcə də beynəlxalq və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

"Nikolay Patruşev və Ramiz Mehdiyev Azərbaycan və Rusiya arasındakı əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşıdığını, ikitərəfli dialoqun həmişə etimadlılıq və konstruktivliklə fərqləndiyini qeyd ediblər", - Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidmətinin press-relizində deyilir.

Həmsöhbətlər, həmçinin beynəlxalq və ayrı-ayrı təhlükəsizlik məsələlərini, o cümlədən Yaxın Şərq və Suriyadakı vəziyyəti müzakirə ediblər.

Tərəflər təhlükəsizlik sahəsində Rusiya-Azərbaycan əməkdaşlıq məsələlərini də müzakirə ediblər.

Məsləhətləşmələr Rusiya və Azərbaycan Təhlükəsizlik Şurası aparatları arasında mövcud olan Əməkdaşlıq Planı çərçivəsində keçirilib.

Bakıya işgüzar səfərinin sonunda N.Patruşev Azərbaycanın Dövlət Təhlükəsizlik Xidməti rəhbəri Mədətov Quliyev ilə iki ölkənin xüsusi xidmət orqanları arasında əməkdaşlıq məsələlərini müzakirə edib.

Son xəbərlər

Orphus sistemi