Yuxarı

​Azərbaycan PA-nın şöbə müdiri: “Bu gün miqrasiya böhranı Avropanın aparıcı ölkələrinin siyasətinin nəticəsidir”

“İndi bu siyasətin üçüncü mərhələsi başlayır”

Bakı. 8 sentyabr. REPORT.AZ/ “Miqrasiya tarixinin araşdırılmasına böyük ehtiyac var. Bu hadisə müstəmləkəçiliklə birlikdə yaranmış, ondan törəmədir, onun qalığıdır. Bu gün miqrasiya böhranı Avropanın aparıcı ölkələrinin siyasətinin nəticəsidir”. “Report”un xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün “twitter” səhifəsində yazıb.

O qeyd edib ki, miqrasiya siyasəti birinci mərhələdə müstəmləkəçiliyi möhkəmləndirmək, asan həyata keçirmək üçün, ikinci mərhələdə müstəmləkədən azad olmuş ölkəni öz nəzarətində saxlamaq üçün istifadə edilib: “Hər iki mərhələdə miqrasiya siyasəti müstəmləkəçi dövlətlərin xüsusi maraqlarına xidmət edib. İndi bu siyasətin üçüncü mərhələsi başlayır. Bu mərhələdə miqrasiya artıq həmin dövlətlər üçün təhlükə mənbəyi hesab edilir. Bu mərhələdə artıq miqrantlara qanundan kənarlar adı verilir”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi