Azərbaycan PA-nın sektor müdiri: "Ermənistan hökuməti İrəvanın tarixini saxtalaşdırmağa çalışır"

Azərbaycan PA-nın sektor müdiri: "Ermənistan hökuməti İrəvanın tarixini saxtalaşdırmağa çalışır" "Erməni tarixçilərin İrəvanda "Köhnə şəhər" layihəsinin həyata keçirilməsi ilə bağlı planları gülüncdür"
Xarici siyasət
25 Dekabr , 2014 16:13
Azərbaycan PA-nın sektor müdiri: Ermənistan hökuməti İrəvanın tarixini saxtalaşdırmağa çalışır

Bakı. 25 dekabr. REPORT.AZ/ "Erməni tarixçilərin İrəvanın mərkəzində guya inqilabdan əvvəlki dövrə aid 20-yə yaxın binanın tikintisini nəzərdə tutan "Köhnə şəhər" layihəsinin həyata keçirilməsi ilə bağlı planları gülüncdür". "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi şöbəsinin sektor müdiri Fuad Axundov keçirdiyi mətbuat konfransında bildirib. 

"Qeyd edim ki, belə şəhərin yaradılması ideyası erməni alimlərində hələ XX əsrin 60-cı illərində mövcud idi, lakin o zaman onlar bunu maliyyələşdirə bilmədilər. Bu yaxınlarda İrəvan meriyası həmin layihə üçün vəsaitin ayrılması haqqında sənəd imzalayıb. Bu, gülünc plandır. Ermənistan hökuməti abidələri, o cümlədən Azərbaycana məxsus olduğunu təsdiqləyən İrəvan qalasını yox edərək şəhərin tarixi mərkəzini tamamilə dağıblar", - sektor müdiri qeyd edib. 

F.Axundov deyib ki, Qafqaz qədim regiondur.

"Bu layihə İrəvanın tarixinin saxtalaşdırılması və dəyişdirilməsi, ona yeni görünüşün verilməsi məqsədini güdür", - o vurğulayıb. 

Sektor müdiri vurğulayıb ki, Ermənistan tərəfi layihəni həyata keçirmək arzusunu bildirdikdə Azərbaycan mütəxəssisləri İrəvanın vaxtilə Azərbaycana məxsus olmasını isbatlayan çertyoj və planlarla yardım göstərməyi təklif ediblər.

"Üç il ərzində ermənilər susdular və yenidən bu layihəni qaldırırlar", - F.Axundob bildirib.

Son xəbərlər

Orphus sistemi