Azərbaycan nümayəndə heyəti Gürcüstana səfər edib
Xarici siyasət
- 06 iyun, 2022
- 11:13
Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Sahib Nağıyevin başçılıq etdiyi nümayəndə heyəti Gürcüstana səfər edib.
“Report”un yerli bürosu xəbər verir ki, heyətə DQİDK ilə yanaşı, Xarici İşlər Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin də əməkdaşları daxildir.
Nümayəndə heyəti Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və səfirlik əməkdaşlarının iştirakı ilə Tbilisidə Heydər Əliyev adına parkda ümummilli liderin büstü qarşısında xatirəsini ehtiramla anıb, abidə önünə gül dəstələri düzülüb.
İyunun 11-dək davam edəcək səfər çərçivəsində Tbilisi Cümə məscidi ziyarət olunacaq, Gürcüstanın Müsəlmanlar İdarəsi, Dini Məsələlər üzrə Dövlət Agentliyi və digər qurumlarda görüşlər keçiriləcək.
Son xəbərlər
11:45
Naxçıvanın yeni turizm inkişaf strategiyası hazırlanır
Turizm11:39
Foto
Almaniyada şəhid övladları üçün "Əmanətə Sədaqət" Yay Düşərgəsi keçirilib
Daxili siyasət11:37
"Zirə" – "Torpedo" matçı Azərbaycan futbolu tarixində iki yubileylə əlamətdar olub
Futbol11:34
İran Milli Bankının Bakı filialının mənfəəti 28 % azalıb
Maliyyə11:34
Gələn ilin mayından Şanxay-Bakı aviareysinin açılması planlaşdırılır
Turizm11:32
Foto
AMADA "Antidopinq sahəsində sertifikatlı təlimçilərin hazırlanması" proqramına start verib
Fərdi11:29
Dünya Bankı: 2029-cu ilədək Azərbaycanın dövlət büdcəsi gəlirlərinin 61 %-i qeyri-neft sektorunun hesabına formalaşacaq
Maliyyə11:29
Hadrutda torpaqların əkin məqsədli istifadəsi üçün müraciətlərin qəbulu başlayır
ASK11:28