Azərbaycan-Macarıstan hökumətlərarası komissiyasının növbəti iclası keçiriləcək

Azərbaycan-Macarıstan hökumətlərarası komissiyasının növbəti iclası keçiriləcək Macarıstan xarici işlər nazirinin müavini Bakıya səfər edəcək
Xarici siyasət
1 Oktyabr , 2016 15:29
Azərbaycan-Macarıstan hökumətlərarası komissiyasının növbəti iclası keçiriləcək

Bakı. 1 oktyabr. REPORT.AZ/ Macarıstan xarici işlər nazirinin müavini, bu ölkənin Azərbaycandakı keçmiş səfiri Jolt Çutora gələn həftə Bakıya səfər edəcək.

Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotskinin "Report"a verdiyi məlumata görə, səfər oktyabrın 10-11-də baş tutacaq.

Səfər zamanı J.Çutora Bakıda bir sıra görüşlər keçirəcək, eləcə də Azərbaycan-Macarıstan hökumətlərarası komissiyanın növbəti iclasında iştirak edəcək.

Qeyd edək ki, Azərbaycan tərəfdən hökumətlərarası komissiyanın həmsədri iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevdir.

Son xəbərlər

Orphus sistemi