Latviyalı deputat: "Azərbaycan Latviya və Avropa İttifaqı üçün mühüm tərəfdaşdır"

Latviyalı deputat: "Azərbaycan Latviya və Avropa İttifaqı üçün mühüm tərəfdaşdır" “Azərbaycan həm Latviya, həm də Avropa İttifaqı (Aİ) üçün mühüm tərəfdaşdır. Aİ ilə Azərbaycan arasındakı münasibətlər həm iqtisadi inteqrasiyanı, həm də siyasi əməkdaşlığı ehtiva edir”.
Xarici siyasət
29 Aprel , 2019 12:46
Latviyalı deputat: Azərbaycan Latviya və Avropa İttifaqı üçün mühüm tərəfdaşdır
delfi.lv
0 : 00
0 : 00

“Azərbaycan həm Latviya, həm də Avropa İttifaqı (Aİ) üçün mühüm tərəfdaşdır. Aİ ilə Azərbaycan arasındakı münasibətlər həm iqtisadi inteqrasiyanı, həm də siyasi əməkdaşlığı ehtiva edir”.

Bunu “Report”un Avropa bürosuna açıqlamasında Latviya parlamentinin üzvü Boris Tsileviç bildirib.

Azərbaycanın Avropa Qonşuluq siyasəti (European Neighbourdering Policy – ENP) və Şərq Tərəfdaşlığı Təşəbbüsünün (Eastern Partnership İnitiative) iştirakçısı olduğunu xatırladan latviyalı millət vəkili rəsmi Bakının qeyri-neft sektorunun inkişafı və idarəetmə qurumlarının təkmilləşdirilməsində Avropa İttifaqı tərəfindən yardım göstərildiyini deyib.

B.Tsileviç, həmçinin, Avropa Şurası Parlament Assambleyası çərçivəsində azərbaycanlı deputatlarla yaxından əməkdaşlıq etdiyini söyləyib: “Azərbaycanlı həmkarlarımızın avropalı tərəfdaşları ilə dil tapmağa marağını, bunu səmimiyyətlə istəməsini görürəm. Ümidvaram ki, həm parlament və hökumət səviyyəsində, həm də vətəndaş cəmiyyəti səviyyəsindəki bu dialoq vaxt ötdükcə bəhrəsini verəcək”.

Latviyalı millət vəkili ölkəsində Azərbaycan səfirliyinin fəaliyyəti, həmçinin azərbaycanlı icmasının mədəniyyət, təhsil, biznes sahələrində mühüm mövqelərdə təmsil olunması sayəsində latviyalıların Azərbaycan haqqında geniş məlumata malik olduğunu da diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi