Azərbaycan-Latviya hökumətlərarası komissiyanın növbəti iclası Riqada keçiriləcək

Azərbaycan-Latviya hökumətlərarası komissiyanın növbəti iclası Riqada keçiriləcək Nazir: "AirBaltic” iyunun 2-dən etibarən həftədə iki dəfə olmaqla Riqa ilə Bakı arasında uçuşları başlatmağı planlaşdırır"
Xarici siyasət
18 Mart , 2021 11:10
Azərbaycan-Latviya hökumətlərarası komissiyanın növbəti iclası Riqada keçiriləcək

“COVID-19 pandemiyasından əvvəl uğurla inkişaf etmiş Latviya ilə Azərbaycan arasında sərnişin aviadaşımalarının bərpa olunması hər iki ölkə üçün maraq kəsb edir”.

“Report” “The Baltic Times”a istinadən xəbər verir ki, bunu Latviyanın nəqliyyat naziri Talis Linkayts Azərbaycanın bu ölkədəki səfiri Cavanşir Axundovla görüşü zamanı deyib.

Nazir Latviyanın milli aviadaşıyıcısı olan “airBaltic”in iyunun 2-dən etibarən həftədə iki dəfə olmaqla Riqa ilə Bakı arasında uçuşları başlatmağı planlaşdırdığını söyləyib. Onun sözlərinə görə, rəsmi Riqa həm Latviya, həm də Azərbaycan ilə yük daşınmalarında da potensial görür.

İkitərəfli əməkdaşlığın müzakirəsi və Latviya-Azərbaycan hökumətlərarası komissiyasının qarşıdakı iclasına hazırlaşmaq üçün gələcək addımların koordinasiyası məqsədilə baş tutan söhbət zamanı tərəflər komissiyanın bütün sahələrdə, o cümlədən biznes, elm və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsindəki rolunu qeyd ediblər.

Eyni zamanda, Latviya tərəfi epidemioloji vəziyyətin imkan verdiyi anda hökumətlərarası komissiyanın növbəti iclasını 2021-ci ilin ikinci yarısında Riqada keçirməyə hazır olduğunu təsdiqləyib.

İclas iştirakçıları hökumətlərarası komissiyanın əməkdaşlıq tədbirlərini və nəticələrini müzakirə edə bilməsi üçün komissiyanın iclasına qədər nazirliklər və sahibkarlar səviyyəsində əməkdaşlığın davam etdirilməsinin vacib olduğunu qeyd ediblər.

Son xəbərlər

Orphus sistemi