Azərbaycan Konstitusiya Məhkəməsinin nümayəndələri Buxarestdə beynəlxalq konfransda iştirak ediblər - FOTO

Azərbaycan Konstitusiya Məhkəməsinin nümayəndələri Buxarestdə beynəlxalq konfransda iştirak ediblər - FOTO Səbinə Əliyeva "Konstitusiya ədalət mühakiməsinin həyata keçirilməsi sahəsində Konstitusiya Məhkəməsi Aparatının fəaliyyəti" mövzusunda çıxış edib
Xarici siyasət
1 İyun , 2016 17:55
Azərbaycan Konstitusiya Məhkəməsinin nümayəndələri Buxarestdə beynəlxalq konfransda iştirak ediblər - FOTO

Buxarest. 1 iyun. REPORT.AZ/ Rumıniyanın paytaxtı Buxarestdə "Konstitusiya Məhkəməsi yurisdiksiyasında hakim köməkçilərinin rolu" mövzusunda ikigünlük beynəlxalq konfrans keçirilib.

“Report”un Şərqi Avropa müxbiri xəbər verir ki, tədbir ölkə parlamentinin binasında Rumıniya Konstitusiya Məhkəməsinin təşkilatçılığı ilə baş tutub.

Konfransa 27 ölkənin Konstitusiya məhkəmələrinin və eləcə də Avropa ittifaqı və Venesiya Komissiyasının nümayəndələri qatılıblar. Azərbaycanı tədbirdə Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin müavini Səbinə Əliyeva və Cinayət və inzibati hüquq şöbəsinin müdiri Humay Əfəndiyeva təmsil ediblər.

Tədbiri Rumıniya Konstitusiya Məhkəməsinin sədri Augustin Zegrean açaraq, gələcəkdə rəsmi Buxarestlə iştirakçı ölkələrin Konstitusiya Məhkəmələri arasında sıx əməkdaşlığın daha da inkişaf etidirilməsinin zəruriliyini vurğulayıb. Sonra iştirakçı dövlətlərin nümayəndələri mövzu ətrafında məruzələrlə çıxış ediblər.

Azərbaycan Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin müavini Səbinə Əliyeva "Konstitusiya ədalət mühakiməsinin həyata keçirilməsi sahəsində Konstitusiya Məhkəməsi Aparatının fəaliyyəti" mövzusunda çıxış edib. O, çıxışında Azərbaycanda Konstitusiya Məhkəməsinin yarandığı müddətdən bəri keçdiyi inkişaf yoluna nəzər salıb, onun fəaliyyəti haqqında konfrans iştirakçılarına daha ətraflı məlumat verib. 

Son xəbərlər

Orphus sistemi