Yuxarı

Azərbaycanın kənd təsərrüfatı naziri Hollandiyaya səfər edəcək

Heydər Əsədov Hollandiyanın kənd təsərrüfatı sahəsində qabaqcıl texnologiyaları ilə tanış olacaq

Bakı. 11 oktyabr. REPORT.AZ/ Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov Hollandiyaya səfərə gedəcək.

Bu barədə "Report"a müsahibəsində Niderland Krallığının Azərbaycan yeni təyin olunmuş səfiri Onno Kervers məlumat verib.

Onun sözlərinə görə, səfər oktyabrın 26-29-da baş tutacaq. Səfər çərçivəsində H.Əsədov Hollandiyanın xarici ticarət naziri ilə görüşəcək, eləcə də ölkənin şərqində və cənub-şərqindəki müəssisələrdə olacaq.

Bundan başqa, azərbaycanlı nazir Vageningendəki Kənd Təsərrüfatı Universitetinə gedəcək və bu sahədə qabaqcıl texnologiyalarla tanış olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi