Azərbaycan indoneziyalı zəvvarlar üçün xüsusi proqram hazırlayacaq

Azərbaycan indoneziyalı zəvvarlar üçün xüsusi proqram hazırlayacaq Azərbaycanın Cakartadakı səfiri Cəlal Mirzəyev İndoneziya Nümayəndələr Palatası komissiyasının sədri Meutiya Viada ilə görüş keçirib.
Xarici siyasət
16 Yanvar , 2020 10:27
Azərbaycan indoneziyalı zəvvarlar üçün xüsusi proqram hazırlayacaq

Azərbaycanın Cakartadakı səfiri Cəlal Mirzəyev İndoneziya Nümayəndələr Palatası komissiyasının sədri Meutiya Viada ilə görüş keçirib.

“Report” İndoneziya Nümayəndələr Palatasının rəsmi saytına istinadən xəbər verir ki, görüş zamanı tərəflər beynəlxalq arenada qarşılıqlı dəstək, energetika və turizm sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Tərəflər müxtəlif beynəlxalq platformalarda bir-birlərinə qarşılıqlı dəstək verməyə və maraqların qorunmasına töhfə verməyə hazır olduqlarını bildiriblər.

C.Mirzəyev Azərbaycan hökümətinin İslam dini barədə müvafiq bilik və tarixi bilgilər ötürmək məqsədi ilə ümrə ziyarəti edən indoneziyalı zəvvarlar üçün xüsusi proqram hazırlamağa hazır olduğunu vurğulayıb.

M.Viada İndoneziyanın energetika sahəsində Azərbaycanla vacib münasibətləri inkişaf etdirmək niyyətində olduğunu qeyd edib.

Son xəbərlər

Orphus sistemi