Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasından 28 il ötür

Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasından 28 il ötür Bu gün Azərbaycan və Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasından 28 il ötür.
Xarici siyasət
18 Noyabr , 2020 09:50
Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasından 28 il ötür
0 : 00
0 : 00

Bu gün Azərbaycan və Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasından 28 il ötür.

“Report”un Gürcüstan bürosu xatırladır ki, iki ölkə arasında diplomatik əlaqələrin əsası 18 noyabr 1992-ci il tarixində qoyulub.

1995-ci ilin fevral ayında Bakıda Gürcüstanın, 1996-cı ilin mart ayında isə Tbilisidə Azərbaycanın səfirlikləri açılıb.

Faiq Quliyev bu ilin avqustun 17-də Azərbaycanın Gürcüstandakı səfiri təyin olunub. O, oktyabrın 2-də etimadnaməsini Gürcüstan prezidentinə təqdim edib.

Gürcüstanın Azərbaycandakı səfiri isə Zurab Pataradzedir. O, bu vəzifəni 2018-ci ilin avqustundan yerinə yetirir.

Azərbaycanın Gürcüstanın Batumi şəhərindəki Baş Konsulluğu 2010-cu ildən etibarən fəaliyyət göstərir. Azərbaycanın bu şəhərdəki Baş konsulu Pərviz İsmayılzadədir.

Gürcüstanın Azərbaycanın Gəncə şəhərindəki Baş Konsulluğu isə 2013-cü ildə açılıb. Gürcüstanın bu şəhərdəki Baş konsulu Nikoloz İaşvilidir.

Tərəflər arasında imzalanan sənədlərin sayı 100-dən çoxdur.

Son xəbərlər

Orphus sistemi