Azərbaycan ilə Boliviya vizaların ləğvi barədə saziş imzalayıb

Azərbaycan ilə Boliviya vizaların ləğvi barədə saziş imzalayıb Sazişi Bakıda Azərbaycan və Boliviya XİN başçıları imzalayıblar
Xarici siyasət
18 Avqust , 2017 13:22
Azərbaycan ilə Boliviya vizaların ləğvi barədə saziş imzalayıb

Bakı. 18 avqust. REPORT.AZ/ Azərbaycan və Boliviya diplomatik və xidməti pasport sahibləri üçün vizaların ləğvi barədə saziş imzalayıb.

"Report" xəbər verir ki, sazişi Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Boliviya XİN başçısı Fernando Uanakuni Mamani imzalayıblar.

İmzalanma mərasimindən əvvəl nazirlər təkbətək formatda və geniş tərkibdə görüş keçirib. İkitərəfli əməkdaşlığın möhkəmləndirilməsi, beynəlxalq arenada ölkələrin müxtəlif məsələlər üzrə mövqelərinin sinxronlaşdırılması, eləcə də regional və beynəlxalq məsələlər müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi