Yuxarı

Azərbaycan Gürcüstanın ikinci xarici ticarət tərəfdaşıdır

2015-ci ilin yanvar-aprel ayları ərzində Gürcüstanla Azərbaycan arasında ticarət dövriyyəsi 286,6 milyon dollar olub

Bakı. 22 may. REPORT.AZ/ Bu ilin ilk 4 ayında Azərbaycan Gürcüstanın xarici ticarət tərəfdaşları arasında 2-ci yerdə olub.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu haqda Gürcüstanın Milli Statistika Xidməti məlumat yayıb.

Xəbərə görə, 2015-ci ilin yanvar-aprel ayları ərzində Gürcüstanla Azərbaycan arasında ticarət dövriyyəsi 286,6 milyon dollar olub və ya xarici ticarət dövriyyəsinin 9,6%-ni təşkil edib.

Hesabat dövründə bu sahə üzrə birinci yeri Türkiyə tutub. İlk 4 ayda iki ölkə arasında ticarət dövriyyəsi 476 milyon dollar, yaxud Gürcüstanın xarici ticarət dövriyyəsinin 15,8 %-ni təşkil edib.

Rusiya ilə ticarət dövriyyəsi ötən ilin uyğun dövrü ilə müqayisədə 13% azalıb və 219 milyon dollar olub. Bu da dörd ayda Gürcüstanın xarici ticarət dövriyyəsinin 7,3%-ini təşkil edir. 

Məlumata görə, bu ilin yanvar-aprel aylarında Gürcüstanın xarici-ticarət dövriyyəsi 3 milyard 15 milyon dollar olub, yaxud 2014-cü ilin uyğun dövrü ilə müqayisədə 13% azalıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi