Azərbaycan, Gürcüstan, Ermənistan və Ukraynanın gənc siyasətçiləri Tbilisidə toplaşıblar

Azərbaycan, Gürcüstan, Ermənistan və Ukraynanın gənc siyasətçiləri Tbilisidə toplaşıblar “Cənubi Qafqaz və Ukraynanın Gənc Siyasətçilərinin Dördüncü Forumu” bugün öz işinə başlayıb
Xarici siyasət
30 Mart , 2016 13:44
Azərbaycan, Gürcüstan, Ermənistan və Ukraynanın gənc siyasətçiləri Tbilisidə toplaşıblar

Tbilisi. 30 mart. REPORT. AZ/ “Cənubi Qafqaz və Ukraynanın Gənc Siyasətçilərinin Dördüncü Forumu” bugün öz işinə başlayıb.

"Report" xəbər verir ki, Niderlandın NİMD İnstitutunun təşkilatçılığı və Böyük Britaniyanın Gürcüstandakı səfirliyinin maliyyə dəstəyi ilə keçirilən tədbirdə Azərbaycandan 15 nəfər gənc siyasətçi iştirak edir.

Forumun açılışında Niderlandın NİMD İnstitutunun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Levan Tsutskiridze, Gürcüstan Parlamentinin sədri David Usupaşvili, Böyük Britaniya səfirliyinin müşaviri və başqaları çıxış edərək gənclərin ictimai-siyasi proseslərdəki iştirakının vacibliyi, dövlətlərin gənclər siyasətinin təkmilləşdirilməsi və digər məsələlərlə bağlı fikirlərini bölüşüblər.

Yeni Azərbaycan Partiyası İcra Katibliyinin və Gənclər Birliyinin üzvü Məmmədbağır Məmmədov tədbirlə bağlı "Report"a müsahibəsində qeyd edib ki, Cənubi Qafqaz ölkələri gənclərinin dördüncü forumuna bu ildən Ukraynadan olan gənclər də qatılıblar: "Forumun məqsədi gənc siyasətçilərin siyasi bilik və bacarıqlarını artırmaq, gənclər arasında təcrübə mübadiləsi təşkil etmək, qadınların siyasətdə, yerli özünüidarə proseslərində iştirakına köməklik göstərməkdir”.

İki gün davam edəcək forumda gənclərin yerli özünüidarə məsələlərində iştirakının vacibliyi, demokratikləşmə prosesində mətbuatın rolu, Cənubi Qafqazda seçki kampaniyası təcrübəsi, konstitusiya islahatlarının demokratikləşmə prosesinin sürətlənməsinə təsiri və s məsələlər müzakirə olunacaq.

Forum martın 31-də panel iclaslarda işini davam etdirəcək.

Son xəbərlər

Orphus sistemi