Azərbaycan Dövlətlərarası 12-ci “Gənc Yol Hərəkəti İnspektoru” tədbirində 1-ci yerə layiq görülüb

Azərbaycan Dövlətlərarası 12-ci “Gənc Yol Hərəkəti İnspektoru” tədbirində 1-ci yerə layiq görülüb Bakı. 1 noyabr. REPORT.AZ/ Rusiya Federasiyasının Krasnodar vilayətinin Anapa şəhərində yerləşən SMENA Ümumrusiya Uşaq Mərkəzində Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin (Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan) və Rusiya Federasiyasının 27 regionunun nümayəndə heyətlərinin qatıldığı Dövlətlərarası 12-ci “Gənc Yol Hərəkəti İnspektoru” toplantısı keçirilib.
Xarici siyasət
1 Noyabr , 2017 20:36
Azərbaycan Dövlətlərarası 12-ci “Gənc Yol Hərəkəti İnspektoru” tədbirində 1-ci yerə layiq görülüb

Bakı. 1 noyabr. REPORT.AZ/ Rusiya Federasiyasının Krasnodar vilayətinin Anapa şəhərində yerləşən SMENA Ümumrusiya Uşaq Mərkəzində Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin (Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan) və Rusiya Federasiyasının 27 regionunun nümayəndə heyətlərinin qatıldığı Dövlətlərarası 12-ci “Gənc Yol Hərəkəti İnspektoru” toplantısı keçirilib.

 Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, toplantı oktyabrın 20-dən noyabrın 2-dək davam edib.

Azərbaycanı bu toplantıda Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Yol hərəkəti təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə şöbəsinin baş inspektoru, polis polkovnik-leytenantı İsa Deystani və paytaxtın 245 nömrəli tam orta məktəbinin rus dili və ədəbiyyat müəllimi Məlahət Ağayevanın müşayiəti ilə “Yol Polisinin Gənc Köməkçisi Dəstəsi”nin üzvləri, 245 nömrəli tam orta məktəbin şagirdləri - Cəbiyev Ləyaqət Elşad oğlu, Fəxrəddinov Andrey İlqar oğlu, Hacıbala Zəhra Ramiz qızı və Siryayeva Qalina Alekseyevna təmsil edib.

“Gənc Yol Hərəkəti İnspektor”ları yol hərəkəti qaydalarına aid bilik müsabiqələri və viktorinalarda yarışmış, yol hərəkəti təhlükəsizliyinin mənimsənilməsinə həsr edilmiş oyunlarda iştirak edib, müxtəlif intelektual, bədii və idman müsabiqələrinə, rəqs və teatral bacarıqlarına həsr olunmuş “Master klass”lara qatılaraq yol hərəkəkəti təhlükəsizliyinə aid tamaşalar təqdim ediblər.

"Açıq mikrofon" formatında Rusiya və MDB ölkələrinin dövlət yol polisi əməkdaşları ilə keçirilmiş görüş zamanı uşaqlar yol hərəkəti təhlükəsizliyi sahəsində müzakirələr apararaq maraqlı sual və təkliflərlə çıxış edib, “Gənc Yol Hərəkəti İnspektor”larının fəaliyyəti ilə bağlı təcrübələrini bölüşüblər.

Komandamız tədbirdə keçirilən bütün növ müsabiqələrdə qalib qələrək 1-ci yerə layiq görülüb.

Bundan əlavə, komanda üzvlərindən Cəbiyev Ləyaqət Elşad oğlu oğlan iştirakçılar arasında uğurla çıxış edərək “Mister GHY İnspektoru”, Hacıbala Zəhra Ramiz qızı isə qızlar arasında “Vitse Miss GHY İnspektoru” adına layiq görülüb.

Son xəbərlər

Orphus sistemi