Azərbaycan DİN Bakı Metropolitenində tutulan şəxslə bağlı əməkdaşlığa görə Belarus tərəfə təşəkkür edib

Azərbaycan DİN Bakı Metropolitenində tutulan şəxslə bağlı əməkdaşlığa görə Belarus tərəfə təşəkkür edib Sadiq Gözəlov fakt üzrə araşdırmaların davam etdirildiyini bildirib
Xarici siyasət
28 Mart , 2016 11:50
Azərbaycan DİN Bakı Metropolitenində tutulan şəxslə bağlı əməkdaşlığa görə Belarus tərəfə təşəkkür edib

Bakı. 28 mart. REPORT.AZ/ Martın 25-də havalandırma sisteminin borusu vasitəsilə Bakı Metropoliteninin ərazisinə daxil olmaq istəyən Belarus Respublikasının vətəndaşı ilə bağlı əsas diqqətçəkən məqamlardan biri iki ölkənin müvafiq dövlət qurumlarının saxlanılan şəxs barəsində operativ şəkildə bir-birilərini məlumatlandırmaları və bu işdə fəal əməkdaşlıq etmələri olub.

"Report" xəbər ki, Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovniki Sadiq Gözəlov fakt üzrə araşdırmaların davam etdirildiyini bildirib. O, cinayətkarlıqla mübarizə sahəsində istər çoxtərəfli, istərsə də ikitərəfli formatda ölkəmizin bir sıra dövlətlərin, o cümlədən Belarus Respublikasının aidiyyəti orqanları ilə fəal, səmərəli və işgüzar əlaqələrinin mövcudluğunu xatırladıb, adıçəkilən şəxs barəsində müvafiq tədbirlərin hər iki ölkənin Daxili İşlər nazirlikləri arasında imzalanmış əməkdaşlığa dair sazişin tələblərinə uyğun olaraq həyata keçirildiyini diqqətə çatdırıb.

DİN-in sözçüsü, həmçinin S.İlyevski barəsində Azərbaycan tərəfinin sorğularını operativ şəkildə cavablandırdığına və bu işdə yaxından iştirak etdiyinə görə, Belarus Respublikasının hüquq-mühafizə orqanlarına təşəkkürünü bildirib, qarşılıqlı faydalı əməkdaşlığın gələcəkdə də uğurla davam etdiriləcəyini vurğuylayıb.