Yuxarı

Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyanın tərkibi təsdiqlənib - SİYAHI

Nazir Şahin Mustafayev komissiyanın həmsədri təyin edilib

Bakı. 10 avqust. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

"Report"un məlumatına görə, sərəncamla Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən aşağıdakı tərkibi təsdiq edilib:

Komissiyanın həmsədri

Şahin Mustafayev - Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri

Komissiyanın üzvləri:

Vaqif Əliyev - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin birinci müavini

Xələf Xələfov - Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Toğrul Musayev - Azərbaycan Respublikası ədliyyə nazirinin müavini

Gülməmməd Cavadov - Azərbaycan Respublikası energetika nazirinin müavini

Elmir Vəlizadə - Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar nazirinin müavini

Rauf Hacıyev - Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

Seyfəddin Talıbov - Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Ceyhun Bayramov - Azərbaycan Respublikası təhsil nazirinin müavini

Nigar Əliyeva - Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

İntiqam Babayev - Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

Səfər Mehdiyev - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini

Xəqani Abdullayev - Azərbaycan Respublikası Mərkəzi Bankının sədrinin müavini

Elşad Nəsirov - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti

Tahir Tağızadə - Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqəladə və səlahiyyətli səfiri

Namiq Xəlilov - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi.

Xarici İşlər Nazirliyinə Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən təsdiq edilmiş tərkibi barədə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı tərəfinə müvafiq bildiriş göndərməsi tapşırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi