Azərbaycan ASEAN-la əməkdaşlığı genişləndirib

Azərbaycan ASEAN-la əməkdaşlığı genişləndirib İndoneziya və Malayziyanın Azərbaycandakı səfirlikləri Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) yaradılmasının 56-cı ildönümünə həsr olunmuş tədbir keçirib.
Xarici siyasət
8 Avqust , 2023 12:06
Azərbaycan ASEAN-la əməkdaşlığı genişləndirib

İndoneziya və Malayziyanın Azərbaycandakı səfirlikləri Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) yaradılmasının 56-cı ildönümünə həsr olunmuş tədbir keçirib.

"Report" xəbər verir ki, Malayziyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Mardiana Mohamed Rohani ölkəsinin səfirliyində keçirilən tədbirin açılış mərasimində deyib ki, bu gün ASEAN dinamik və getdikcə inteqrasiya olunan iqtisadi regiona və daha güclü sosial-mədəni icmaya çevrilib.

O bildirib ki, ASEAN iqtisadiyyatının bu il 4,7 faiz, 2024-cü ildə isə 5,0 faiz böyüməsi gözlənilir və bu da güclü daxili istehlak, xalis ixrac və sürətləndirilmiş xidmətlər hesabına həyata keçirilib: "Malayziya və İndoneziyanın səfirlikləri Bakıda yerləşən yeganə ASEAN təşkilatına üzv ölkələr olmaqla, Azərbaycan və ASEAN regionu arasında potensial əməkdaşlığı araşdırmaq, eləcə də qarşılıqlı maraq doğuran müxtəlif sahələr üzrə mübadilələrin təşviqinə sadiqdir. Azərbaycan həmçinin 2022-ci ilin noyabrında ASEAN Parlamentlərarası Assambleyasına (AIPA) müşahidəçi üzv kimi qəbul edildikdən sonra ASEAN ilə əməkdaşlığı genişləndirib”.

Qeyd edək ki, ASEAN Cənub-Şərqi Asiyanın 10 ölkəsini - İndoneziya, Malayziya, Sinqapur, Tailand, Filippin, Bruney, Vyetnam, Laos, Myanma, Kambocanı özündə birləşdirən siyasi, iqtisadi və mədəni regional hökumətlərarası təşkilatdır. Təşkilat üzv ölkələrin sosial-iqtisadi və mədəni əməkdaşlığını inkişaf etdirmək, regionda sülh və sabitliyi möhkəmləndirmək məqsədilə yaradılıb.

Son xəbərlər

Orphus sistemi