Azərbaycan Afrika İttifaqı ilə əlaqələrin inkişafında maraqlıdır

Azərbaycan Afrika İttifaqı ilə əlaqələrin inkişafında maraqlıdır E.Məmmədyarov: "Afrika İttifaqı ölkələrinin XİN başçılarının görüşündə "ASAN xidmət"in təqdimatının keçirilməsi planlaşdırılır"
Xarici siyasət
29 Noyabr , 2016 15:35
Azərbaycan Afrika İttifaqı ilə əlaqələrin inkişafında maraqlıdır

Bakı. 29 noyabr. REPORT.AZ/ "Azərbaycanın Afrika İttifaqında müşahidəçi statusu almasından sonra bu təşkilatla münasibətlərin inkişafında maraqlı olmuşuq".

"Report" xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov brifinqdə deyib.

Onun sözlərinə görə, Azərbaycan Afrika qitəsində "ASAN xidmət"in təşviqində maraqlıdır: "Dekabr ayının ilk ongünlüyündə Afrika İttifaqı ölkələrinin xarici işlər nazirlərinin görüşü keçiriləcək. Bu görüşdə "ASAN xidmət"in təqdimatını həyata keçirmək niyyətindəyik".

Son xəbərlər

Orphus sistemi