Azərbaycan ABŞ-dakı beynəlxalq təhsil həftəsində təmsil olunur

Azərbaycan ABŞ-dakı beynəlxalq təhsil həftəsində təmsil olunur ABŞ-ın Florida Beynəlxalq Universitetində (FIU) təhsil alan azərbaycanlı tələbələr Azərbaycanı beynəlxalq təhsil həftəsində təmsil ediblər.
Xarici siyasət
117
19 Noyabr , 2021 08:12
Azərbaycan ABŞ-dakı beynəlxalq təhsil həftəsində təmsil olunur

ABŞ-ın Florida Beynəlxalq Universitetində (FIU) təhsil alan azərbaycanlı tələbələr Azərbaycanı beynəlxalq təhsil həftəsində təmsil ediblər.

“Report”un yerli bürosu xəbər verir ki, dünyanın bir çox ölkələrinin (İsrail, Somali, Kosta-Rika, Pakistan, Braziliya, Hindistan) aparıcı ali təhsil müəssisəsinin qatıldığı beynəlxalq təhsil həftəsində universitet rəhbərləri, müxtəlif təhsil xidmətləri göstərən qurumların nümayəndələri və digər universitetlərdə təhsil alan tələbələr iştirak ediblər. Ölkəmiz beynəlxalq təhsil həftəsində “Land of fire Azerbaijan” (Odlar yurdu Azərbaycan) adlı stendlə təmsil olunub.

Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyanın dəstəyi və Florida Beynəlxalq Universitetində təhsil alan azərbaycanlı tələbələrin təşkilatçığı ilə açılan Azərbaycan stendi ölkəmizin üç rəngli ay-ulduzlu bayrağı ilə bəzədilib. Azərbaycan guşəsində milli atributlarımız, Bakının əzəmətli görüntüsünün əks olunduğu suvenirlər və Azərbaycan tarixindən və 44 günlük Zəfər səlnaməsindən bəhs edən kitablar nümayiş olunub.

Azərbaycanlı gənclər sərgini gəzən universitet tələbələrinə ölkəmiz haqqında məlumatlar verib, onları maraqlandıran suallar ətrafında müzakirələr aparıblar.

Florida Beynəlxalq Universitetinin Politologiya və Beynəlxalq münasibətlər ixtisasının tələbəsi Aydın Eminov keçirilən tədbirdə Azərbaycan tarixindən, coğrafiyasından, zəngin mədəniyyətindən və milli adət-ənənələrindən bəhs edən təqdimatla çıxış edib. A. Eminov Azərbaycanın şanlı ordusunun və ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı qələbədən danışıb.

Tədbirdə Floridan ştatında yerləşən Nova Cənub-Şərqi Universitetində təhsil alan azərbaycanlı tələbə Nabat Eminova yer kürəsində yalnız Qarabağda, xüsusilə də Şuşada bitən Xarıbülbül çiçəyi haqqında məlumat verib. N.Eminova Vətən müharibəsindəki şanlı qələbəmizin rəmzi seçilən nadir çiçəyin qeyri-adi və bənzərsiz xüsusiyyətlərindən bəhs edib. Xarici tələbələr N. Eminovanın təqdimatını maraqla izləyib və ona suallar ünvanlayıblar.

Təhsil həftəsində mətbəximizin ləziz təamlarının yer aldığı süfrə açılıb, qonaqlar Azərbaycan mətbəxi ilə tanış olublar.

Sonda azərbaycanlı tələbələr onlara yaradılan şəraitə görə üniversitenin Beynəlxalq Tələbə Məsləhətçisi və Tədbirlər üzrə Koordinatoru Klaudia Biskardiyə təşəkkür ediblər. Təhsil sərgisi üç gün davam edəcək.

Son xəbərlər

Orphus sistemi