Azərbaycan 2024-2026-cı illərdə AQEM-in sədri ola bilər
- 15 mart, 2024
- 06:50
Azərbaycan 2024-2026-cı illərdə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sədri ola bilər.
AQEM-dən “Report”a verilən məlumatına görə, təşkilatın Yüksək vəzifəli şəxslər komitəsi növbəti iclasında Nazirlər Şurasına Azərbaycanın sədrliyi ilə bağlı qərar qəbul etməyi tövsiyə edib.
İclas çərçivəsində Nizamnamənin kvintessensiya kimi hazırlanması və transformasiya prosesinin kulminasiyası üçün zəmin də hazırlanıb. İclas iştirakçıları təşkilat çərçivəsində əməkdaşlığın yeni istiqamətlərini müzakirə ediblər.
Bundan əlavə, komitə AQEM-ə üzv dövlətlərin aparıcı universitetlərinin tərəfdaşlıq şəbəkəsinin yaradılmasına dair Memorandum layihəsini təsdiqləyib.
AQEM-in Baş katibi Kayrat Sarıbay katibliyin 2023-cü il üzrə maliyyə hesabatını təqdim edib.